Xəbərlər Xəbərlər
- 29-07-2023
XIII Qəbələ beynəlxalq musiqi festivalında “Gənclərə dəstək” layhəsi iştirakçılarının konserti
Artıq çoxlarımıza məlum olduğu kimi, 2016 –cı ildə Xalq artisti, professor Murad Adıgözəlzadə “Gənclərə dəstək” layihəsini yaratdı. Bu layihənin yaranması möhrətəm prezidentimiz, cənab İlham Əliyevin gənclərə dəstək və diqqət siyasətindən qaynaqlanmış oldu.
2017–ci ildən SSRİ Xalq artisti, görkəmli pianoçu, Qəbələ belnəlxalq musiqi festivalının rəhbəri Fərhad Bədəlbəyli bu təntənəli tədbir çərçivəsində adıçəkilən layihəyə diqqət ayıraraq gənclərə dəstəkçilərin belə bir beynəlxalq səviyyəli musiqi bayramına qoşulmasına imkan yaratdı. Elə həmin ildən etibarən musiqi festivalında layihəmizin iştirakçılarının çıxışlarını ənənəvi olaraq dinləmək mümkündür. Digər bir məqam da ondan ibarətdir ki, mütəmadi olaraq hər il festivalın ilk konserti məhz bu layihə iştirakçılarına həvalə olunur.
Bu il XIII Qəbələ beynəlxalq musiqi festivalında “Gənclərə dəstək” iştirakçıları artıq iki yaş kateqoriyası üzrə çıxış etdilər. 27 və 28 iyul tarixlərində keçirilən konsertlərdə ifaçılara dəstək olan M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının rəhbərliyi onların bütün uğurlarına sevinir müxtəlif festivallardakı çıxışları ilə qürur duyur.