Xəbərlər Xəbərlər
- 05-10-2023
“Kamera musiqisi axşamı” adlı konsert
4 oktyabr tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Dövlət Fortepiano Triosunun “Kamera musiqisi axşamı” adlı konserti keçirilib.
Azərbaycan Respublikasının Əməkdar artistlər Töhfə Babayeva (violin), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimovanın (cello) ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilmişdir.
Qeyd edək ki, Azərbaycan Dövlət Fortepiano Triosu 2002-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmışdır. Trionun tərkibinə Azərbaycan Respublikasının Əməkdar artistləri - Töhfə Babayeva (violin, bədii rəhbər), Elnarə Kəbirlinskaya (piano) və Səbinə İbrahimova (cello) daxildir.
Trionun repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir dövr əsərləri ilə zəngindir. Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, O.Zülfüqarov, M.Mirzəyev, S.Fərəcovun əsərləri ilə yanaşı, trio gənc bəstəkarlarının əsərlərinin də yorulmaz təbliğçisidir. Kollektiv mütəmadi olaraq Filarmoniyanın, Kamera və Orqan musiqisi zalının səhnələrində, dövlət tədbirlərində - həm Azərbaycanda, həm də xarici ölkələrdə (Rusiya, Türkiyə, Almaniya və s.) uğurla çıxış edir, S.Ələsgərov adına mükafatın laureatıdır.