Xəbərlər Xəbərlər
- 15-10-2023
“Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsert
10-14 oktyabr tarixlərində keçirilən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (ABŞ)) dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertlər silsiləsinə ev sahibliyi edib.
14 oktyabr tarixində bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (piano, Azərbaycan), Stanislav Yudeniç (piano, ABŞ), David Khrikuli (piano, Gürcüstan) musiqisevərlərə öz ifalarının təqdim ediblər. Proqramda Johannes Brahmsın Piano və orkestr üçün 2 saylı (B-dur, op.83) Konserti, Moris Ravelin Piano (sol əl üçün) və orkestr üçün 2 saylı (D-dur) Konserti və Wolfgang Amadeus Mozartın İki piano ilə orkestr üçün 10 saylı (Es-dur, KV365) Konserti səslənib.
Qeyd edək ki, “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi 2019-cu ilin aprel ayından Özbəkistanda start götürüb. Rəngarəng konsertləri ilə musiqisevərləri bir araya toplayan layihənin bədii rəhbəri tanınmış pianoçu, pianoçuların XI Van Cliburn beynəlxalq müsabiqəsinin qızıl medal mükafatçısı Stanislav Yudeniçdir (ABŞ).