Xəbərlər Xəbərlər
- 16-10-2023
“Biz birlikdəyik” adlı qala konsert
15 sentyabr tarixində TÜRKSOY-un təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Biz birlikdəyik” adlı qala konsert keçirilib. Tədbir rəsmi hissədən sonra bu təşkilata üzv ölkə və diyarların incəsənət kollektivlərinin iştirakı ilə konsert proqramıyla davam edib.
Proqramda "Birlikdə", "TÜRKSOY 30 il", "Şəki – İpək Yolunda Karvansaray Mərkəzi", C.Cahangirov "Qarabağ" vokal-xoreoqrafik kompozisiya, eləcə də "Türk dünyasının milli alətlərinin deyişməsi" kimi maraqlı ifa və kompozisiyalar təqdim olundu.
Bədii proqramda Azərbaycan, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr və Xakasiyanın (RF) incəsənət kollektivləri çıxış etdilər.
Konsert proqramı bütün kollektivlər və solistlərin iştirak etdiyi "Azərbaycan - odlar yurdu" kompozisiyası ilə yekunlaşdı.
“Biz birlikdəyik” adlı qala konsertdə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivləri - Azərbaycan Dövlət Rəqs Ansamblı (bədii rəhbər, Azərbaycan Respublikasını Xalq artisti Rüfət Xəlilzadə) və Azərbaycan Dövlət Xor Kapellası (Azərbaycan Respublikasını Xalq artisti Gülbacı İmanova) çıxış ediblər.