Xəbərlər Xəbərlər
- 21-10-2023
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illik yubileyinə həsr olunmuş konsert
Oktyabrın 20-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Vasif Allahverdiyevin 60 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Bəstəkarın yaradıcılığı haqda Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sərdar Fərəcov dinləyicilərə ətraflı məlumat verib. Daha sonra çıxış üçün səhnəyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar İsmayılov və Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa dəvət olunub.
Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova)
və solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Anar Şuşalı (tenor), Ayan Tohidi (mezzo-soprao) və Zabitə Alıyeva (xanəndə) öz ifalarının musiqisevərlərə təqdim ediblər.
Proqramda Vasif Allahverdiyevin əsərləri səslənib