Xəbərlər Xəbərlər
- 28-10-2023
“Yeni adlar” layihəsi çərçivəsində konsert
Oktyabr ayının 27-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummili Lider Heydər Əliyevin 100 illyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində konsert keçirilib.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Əliyeva (piano) və Əbdüləli Hüseynli (piano) çıxış ediblər.
Solistlər dinləyicilərə R.Schumannın Piano və orkestr üçün Konsertini (a-moll, op.54) və F.Lisztin “Ölülər rəqsi”, op.40 əsərini təqdim ediblər.Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.