Dahi alman bəstəkarı Johannes Brahmsın 190 illiyinə həsr olunmuş konsert

Noyabr ayının 3-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi alman bəstəkarı Johannes Brahmsın 190 illiyinə həsr olunmuş konsert keçirilib.

Dirijor Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə violin ifaçısı Mariya Solozobova (İsveçrə) və cello ifaçısı Meehae Ryo (Koreya) öz ifalarının təqdim ediblər.

Proqramda bəstəkarın Violin və cello ilə orkestr üçün ikili Konserti (a-moll,op.102) və 1 saylı Simfoniyası (c-moll, op.68) səslənib.

Gurultulu alqışlardan sonra orkestr Johannes Brahmsın 5 saylı Macar rəqsini (g-moll) ifa edib.