Xəbərlər Xəbərlər
- 07-11-2023
8 Noyabr “Zəfər günü”nə həsr olunmuş “Zəfər” musiqi və teatr festivalı çərçivəsində konsert
7 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 Noyabr “Zəfər günü”nə həsr olunmuş “Zəfər” musiqi və teatr festivalı çərçivəsində konsert keçirilib.
İlk öncə şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) çıxış edib.
Solistlər Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov (tenor), Azərbaycan Respublikasının Əməkdar artisti Tural Ağasıyev (tenor) və Rauf Məmmədzadənin (bariton) ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov,Cavanşir Quliyev, Faiq Sücəddinov, Dadaş Dadaşov, Firəngiz Əlizadə, Rauf Əliyev və Eldar Mansurovun əsərləri səslənib.