“Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “Azərbaycan, yazın gəldi” adlı konsert
17 noyabr tarixində Kamera və Orqan Musiqisi Zalında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “Azərbaycan, yazın gəldi” adlı konsert keçirilib.
İlk öncə musiqişünas və bəstəkar Rüzgar Əhmədzadə ifa olunacaq əsərlər haqda tamaşaçılara ətraflı məlumat verib. Azərbaycan Dövlət Simli Kvarteti və “Şəms Qəmər” xor kollektivinin ifasında dinləyicilərə Azərbaycan bəstəkarlarının əsərləri təqdim olunub.
Qeyd edək ki, Milli Dirçəliş Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilib.