Xəbərlər Xəbərlər
- 19-12-2023
Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli ifaçı Tükəzban İsmayılovanın 100 illik yubileyinə həsr olunmuş konsert
19 dekabr tarixində М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli ifaçı Tükəzban İsmayılovanın 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət və Mahnı və Rəqs ansamblının instrumental heyəti (bədii rəhbər: Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev; musiqi rəhbəri Mahir İbrahimov) və konsertmeysterlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədovun (kamança) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova, Sevinc Sarıyeva, Nuriyyə Hüseynova, Arzu Əliyeva, Ehtiram Hüseynov, xanəndələr Eldəniz Məmmədov, Rəvanə Qurbanova, Murad Laçın, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov öz ifalarının musiqisevərlərə təqdim ediblər.
Proqramda Tükəzban İsmayılovanın repertuarından təsniflər, bəstəkar və xalq mahnıları səslənib.