Xəbərlər Xəbərlər
- 31-12-2023
Filarmoniyanın dekabr ayında keçirilən abonement konsertləri
2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər dekabr ayınıda davam edib.
Abonement konsertlər 2023-cü ilin noyabr ayında hər həftənin şənbə günləri saat 14:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.
2 dekabr tarixində Azərbaycan Dövlət Fortepiano Triosunun Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət “Musiqidə rəqs janrı” adlı konsert keçirilib.
Dekabrın 16-da Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət Cadenza Contemporary Orchestranın konserti təşkil olunub. Solistlər Beynəlxalq müsabiqələr laureatları Surə Rüfət (violin) və Kamran Talıblı (fleyta) öz ifalarını musiqisevərlərə təqdim ediblər.
30 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəylik gününə və “Yeni ilə” həsr olunmuş gənc istedadların konserti keçirilib. Solistlər Nüşabə Əlizadə (piano), Aysel Piriyeva (piano), Gülay Əlimardanbəyli (piano), Fatimə Hüseynova (piano), Fuad Abbaszadə (piano), Mehin Zalıyeva (piano), Aylin Babazadə (piano), Zəhra Zeynalova (piano), İbrahim Abbasov (tar), Raul Qəhramanlı (tar), Ayxan Quluzadə (piano), Camal Əliyev(piano), Fərəh Əliyeva (piano), Aylin Abdullayeva(piano), Zeynəb Əlizadə (piano), Tomris Eyvazlı (piano), “Şəms Qəmər” Kamera xoru (bədii rəhbər Azərbaycan Milli Konservatoriyasının dosenti Leyla Zalıyeva; xormeyster Xanımana Məmmədzadə) və “Bakı Klarnet Xoru” (bədii rəhbər Şərif Bağırov) rəngarəng proqramla dinləyicilərin qarşısında çıxış ediblər.
Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.