Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsert

13 yanvar tarixində М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti keçirilib.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər Yuliya Kərimova (piano) və Rövşən Əmrahov (violin) öz ifalarını dinləyicilərə təqdim ediblər.

Konsertdə G.Rossininin “Cənab Bruskino” operasına Uvertüra (Bakıda ilk ifa), F.Schrekerin İntermezzo (fis-moll, op.8) (Bakıda ilk ifa), F.Mendelssohnun Violin, piano və simlilər üçün ikili Konserti (d-moll, MWV O4) və V.Herbertin Serenada, op.12 əsərləri səslənib.