Xəbərlər Xəbərlər
- 23-01-2024
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Nəriman Məmmədovun yaradıcılığına həsr olunmuş konsert
23 yanvar tarixində М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Nəriman Məmmədovun yaradıcılığına həsr olunmuş konsert keçirilib.
F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlər Mahnı və Rəqs ansamblının instrumental heyətinin (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev; musiqi rəhbəri Mahir Ordubadi) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva,Ehtiram Hüseynov, Sevinc Sarıyeva, xanəndələr Rəvanə Qurbanova, Sərxan Bünyadzadə, Nurlan Əzizbəyli, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Kamran Şəkərov, Murad Laçın öz ifalarını dinləyicilərə təqdim ediblər.
Konsertdə Nəriman Məmmədovun əsərləri səslənib.