“Gənclər gününə” həsr olunmuş Cadenza Contemporary Orchestra-nın konserti

2 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Gənclər gününə” həsr olunmuş Cadenza Contemporary Orchestra-nın konserti keçirilib. 

Cadenza Contemporary Orchestra-nın (bədii rəhbər: Türkər Qasımzadə) müşayiəti ilə solist - Respublika və beynəlxalq müsabiqələr laureatı Sultan Kərimov (violin) öz ifasını dinləyicilərə təqdim edib. Konsertdə gitara ifaçısı Raul Hüseynov da iştirak edib.

Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.