Xəbərlər Xəbərlər
- 16-02-2024
Bakıda ilk dəfə “Fərqli Bir Axşam” adlı konsert
16 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Bakıda ilk dəfə “Fərqli Bir Axşam” adlı konsert keçirilib.
Öncəliklə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov layihə haqda dinləyicilərə ətraflı məlumat verib.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin musiqiçilərindən ibarət ansamblların konsertində Aydan Salamova (violin), Kamran Mirzəyev (violin), Aydan Axundlu (viola), Təhminə Xuduzadə (cello), Aytac Rzayeva (violin), Şəhla İbrahimova (violin), Səbuhi Axundov (viola), Əyyub Əliyev (cello), Failə İsmayılova (violin), Əsmər Kərimli (cello), Günel Kazımova (piano), Nicat Salmanov (fleyta), Kamran Quliyev (valtorna), İsmayıl Ələsgərov (valtorna), Ağasəməd Həsənov (valtorna), İlqar Məmmədli (valtorna), Fuad Nəsibov (violin), Cəmilə Eralp (viola), Əli Xəlilov (cello), İlahə Sadıqzadə (piano), Maqda Sarnicka-İbrahimova (fleyta), Əminə Zülfüqarova (fleyta), Nərgiz Əiyeva (fleyta), Olqa Bağırova (fleyta), Zaman Həsənov (bas klarnet), Nəcəf Vəliyev (truba), Tural,Quliyev (truba), Kamran Quliyev (valtorna), İsmayıl Ələsgərov (valtorna), Nemət Tanırverdiyev (trombon), Kamal Qədirov (trombon), Təhmin İsmayılov (tuba), Yelena Abbasova (viola), Yeganə Tapdıqova (arfa), Ləman Verdiyeva (violin), Kəmalə Kərimova (violin), Yusif Əlizadə (zərb alətləri), Yelena Göyçayeva (violin), Kübra Erişen (violin), Azad Xəlilov (viola), Nərgiz Manaflı (cello), Elina Əliyeva (violin), Eldar İsababayev (kontrabas), İsrafil Rəsulov (truba), Nicat Salmanov (fleyta) və Boris Paşkin (akkordeon) iştirak ediblər.
Proqramda F.Mendelssohn 6 saylı Simli Kvartet (f-moll, op.80) , S.Raxmaninov 1 saylı Simli Kvartet (tamamlanmamış), A.Dvořák 2 saylı Kvintet (A-dur, op.81), F.Doppler “Meşə quşu”, G.Mahler Piano Kvarteti (a-moll), G.Marks və S.Simons “All of me” (“Bütövlüklə mənimsən”), S.Əliyeva “Ana”, Azərbaycan xalq mahnısı “Evləri var xana-xana”, R.di Marino “The Nightfall” (“Alatoranlıq”), A.Piazzolla “Libertango”, J.Rodriges “Spain by Chik Corea”, Sârbăși Hora primăverii (Serb xor motivləri əsasında), V.Saparov “Alla Tango” (əsər A.Piazzollaya həsr olunub), və E.Morriconenin “Moment for Morricone” əsərləri səslənib.