Xəbərlər Xəbərlər
- 07-03-2024
Azərbaycanda ilk dəfə 8 Мart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Musiqili Poeziya Gecəsi
7 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycanda ilk dəfə 8 Мart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş Musiqili Poeziya Gecəsi keçirilib.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə qirayətçilər Hüseynağa Aslanov və Nərgiz Hüseynzadə, solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı (violin), Camalə Abdinzadə (piano), Mədinə Şahgəldiyeva (kamança), İsmayıl Zülfüqarov (tar), Cəfər Həsənov (nağara), Orxan Soltanov (balaban) öz ifalarını təqdim ediblər.
Konsertdə Səməd Vurğun, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Rəsul Rza, Ramiz Rövşən,Nəriman Həsənzadə, İlqar Fəhmi, Əliabbas Qasımov, Pərviz Seyidlinin şeirləri və E.Elqar, A.Məlikov, E.Morrikone, H.Mançini, V.A.Motsart, P.İ.Çaykovski, C.Quliyev, K.Debüssi, V.Mustafazadə, V.Azaraşvili, V.Adıgözəlov, V.Lebedyev, Pikə Axundovanın əsərləri səslənib.