Xəbərlər Xəbərlər
- 19-03-2024
Siyəzən şəhərində “Bahar nəğməsi” adlı konsert
19 mart tarixində Siyəzən şəhərində “Bahar nəğməsi” adlı konsert keçirilib.
Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının müşayiəti ilə (bədii rəhbər və baş dirijor: Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev; Ansamblın rəhbəri: Mahir Ordubadi; Baletmeyster: Azərbaycan Respublikasının Əməkdar artisti Ceyhun Qubadov) solistlər - Azərbaycan Respublikasının Əməkdar artistləri Almaz Orucova, Ehtiram Hüseynov, Respublika və beynəlxalq müsabiqələr laureatları Samir Piriyev, Taleh Yəhyayey, Vəfa Vəzirova, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Rəvanə Qurbanova və konsertmeyster Azərbaycan Respublikasının Əməkdar artisti Xəyyam Məmmədov (kamança) rəngarəng proqram ilə dinləyicilər qarşısında çıxış ediblər.