Xəbərlər Xəbərlər
- 17-04-2024
Azərbaycan SSR Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin konserti
17 aprel tarixində Kamera və Orqan Musiqisi Zalında Azərbaycan SSR Xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdlərinin konserti keçirilib.
Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Xalq Artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - Respublika və beynəlxaq müsabiqələr laureatları Cəlalə İsmayılzadə, Asim Rzazadə, Nailə Növrəsli, Abid Çələbiyev, Sevil Abdullayeva, İnci Həsənli, Məhəmməd Cabbarov, Nuranə Salamova, Fateh İsgəndər, Nihad Orucov və Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının Xoru (bədii rəhbər: Validə Cəlilova) öz ifalarını musiqisevərlərə təqdim ediblər.
Konsertdə bəstəkarın əsərləri səslənib. Sonda Süleyman Ələsgərovun nəvəsi Cabir İmanov konsertin ərsəyə gəlməsində əməyi olan hər bir kəsə öz təşəkkürlərini bildirib.