Xəbərlər Xəbərlər
- 22-04-2024
“Gənclərə dəstək” layihəsi çərçivəsində konsert
22 aprel tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində konsert keçirilib.
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kiçik heyətinin müşaiyəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Leyla Adıgözəlzadə, Səidə Adıgözəlzadə, Aliyə Quliyeva, Fəridə Nəzərova, Adel Qaraxanlı, Cahid Babazadə, Fərrin Sultanova, Selin İsgəndərli, Məryəm Babanlı, Aylin Abdullayeva, Şəms Əhmədova, Ofeliya Almaszadə, İmran Məmmədzadə, Ruqiyyə Mərdanova, Dilbər Əsədova, Xədicə Nəzərova, Ayan Əsgərova, Maqsud Əliyev, Ayan Musayeva, Əsma Babazadə, Səid Mahmudov, Aylin Babazadə, Nigar Osmanova, Cavid Məmmədov, Süleyman Babayev, Zəhra Almaszadə, Kamal Axundov, Ləman Abdullayeva, Rəhimə Qafarlı, Barlas Çələbioğlu, Nurcan Cəfərova, Amin Bünyadov, Safi Rzalı, Elcan Manaflı, Zümrüd Əlizadə, Ərtoğrul Balayev və Tofiq Quliyev adına 12 saylı Uşaq Musiqi Məktəbinin kiçik xor kollektivi (bədii rəhbər Nigar Talıbova) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.
Xatırladaq ki, “Gənclərə dəstək” layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri — Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru — Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.