Kamera və Orqan Musiqisi Zalının səhnəsində Kamera Musiqisi Axşamı
23 aprel tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Kamera Musiqisi Axşamı keçirilib.
Solistlər – Respublika və beynəlxalq müsabiqələr laureatları Üzeyir Məmmədov (violin) və Züleyxa Usubova (piano) öz ifalarını musiqisevərlərə təqdim ediblər.
Proqramda L.v.Beethoven, F.Schubert və Q.Qarayevin sonataları səslənib.