Prezident Sadır Japarovun şərəfinə dövlət ziyafəti

24 aprel tarixində İlham Əliyevin adından Prezident Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib.

Bədii hissədə dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və Qırğız bəstəkarlarının əsərləri səslənib.