Xəbərlər Xəbərlər
- 01-05-2024
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin tələbələrinin Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konserti
1 may 2024-cü il tarixində Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin tələbələrinin Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş konserti keçirilib.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev və dirijor Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Hüseynovanın rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları İradə Məmmədova (qiraət), Ayxan Məmmədov (tar), Mehdi Sadıqzadə (tar), Məryəm Rüstəmli (kamança), Aydan Əlizadə (kamança), Jalə Həsənzadə (qanun), Leyla Abdurrəhimova (xanəndə), Ayşə Məmmədova (vokal), Sunay Hacıyeva (xanəndə), İsgəndər Muxtarov (klarnet), Ayşə Məmmədova (piano) və Kollecin Nəfəs alətləri ansamblı çıxış ediblər.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.