“20 ilin sədası” adlı konsert

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub. Konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.

Heydər Əliyev Mərkəzində təqdim olunan konsert proqramında da məhz bu incəsənət və mədəniyyət xadimləri - Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi ifaçılar çıxış ediblər.