Xəbərlər Xəbərlər
- 07-05-2024
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib
Mayın 7-də Milli Azərbaycan Tarixi Muzeyində mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olunub.
Təltif olunanlar sırasında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Murad Adıgözəl-zadə, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev və uzun illər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışan, Xalq artisti Rauf Abdullayev yer alıblar.