Kremerata Baltika kamera orkestrinin və gənc istedadlar Elvin Hoca Qəniyev (Azərbaycan), Daniil Bulayev (Latviya) iştrakı ilə konsert
Mayın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında , Kremerata Baltika kamera orkestrinin və gənc istedadlar Elvin Hoca Qəniyev (Azərbaycan), Daniil Bulayev (Latviya) iştrakı ilə konsert keçirilib.
Baltik ölkələrindən gələn gənc musiqiçilərin daxil olduğu "Kremerata Baltica" kamera orkestri 1997-ci ildə yaradılıb.
Tez bir zamanda "Kremerata Baltica" professional orkestr kimi tanınıb, dünyanın ən məşhur konsert səhnələrində uğur qazanıb.
Bu illər ərzində "Kremerata Baltica" 50-dən çox ölkədə 1000-dən çox konsert keçirib. Jessie Norman, Mikhail Pletnev, Thomas Zehetmair, Yo-Yo Ma və s. kimi bir çox məhşur ifaçılarla çıxış edib.