Prezident Aleksandr Lukaşenko şərəfinə dövlət ziyafəti
16 may tarixində İlham Əliyevin adından Prezident Aleksandr Lukaşenko şərəfinə dövlət ziyafəti verilib.
Bədii hissədə dirijor Mustafa Aşurovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Azərbaycan və Belarus bəstəkarlarının əsərləri səslənib.