Üzeyir Məmmədovun “Müəllif musiqi axşamı”

17 may tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində Üzeyir Məmmədovun “Müəllif musiqi axşamı” keçirilib. 

Konsertdə Azərbaycan Dövlət Simli Kvarteti, Mirxalid Məmmədzadə (fleyta), Züleyxa Usubova (piano), Rəsul Zülfüqarlı (zərb alətləri), Azər Səfərzadə (zərb alətləri), Fəridə Eyvazova (arfa) çıxış ediblər. 

Proqramda 1 nömrəli Simli kvartet (2017), qarışıq kvartet: “Dörd musiqili şeir” (2019), solo fleyta üçün sonata (2024), piano üçün “İki prelüd və fuqa” (2019), müxtəlif ekspromtlar (2020-2023) səslənib.