Xəbərlər Xəbərlər
- 25-05-2024
Cadenza Contemporary Orchestranın "2. Bakı Müasir Musiqi Günləri" çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konserti
Cadenza Contemporary Orchestra "2. Bakı Müasir Musiqi Günləri" çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edib.
Musiqişünas, professor Rauf Fərhadovun çıxışı ilə başlayan konsertdə Elmir Mirzəyevin "Sinfoniya" (2009/ violin və kamera orkestri üçün) , Luigi Nononun "...sofferte onde serene..." (1976 /piano və səs yazısı üçün) və Xəyyam Mirzəzadənin "Pianto" (1987/ 4 fleyta, arfa, klavesin, piano və hazırlanmış piano üçün) əsəri ifa olundu. Konsertin solistləri Qleb Xoxlov (violin), Humay Qasımzadə (piano), Fəridə Məmmədova (soprano), dirijor isə festival çərçivəsində Amerikadan dəvət edilmiş Ghyas Zeidieh idi.
Qeyd edək ki, "2. Bakı Müasir Musiqi Cəmiyyəti" Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 20-26 may tarixlərində keçirilmişdir.