Xəbərlər Xəbərlər
- 28-05-2024
Azərbaycan Dövlət Rəqs Ansamblı 36 il sonra İstanbul şəhərində konsert proqramı ilə çıxış edib
Azərbaycan Dövlət Rəqs Ansamblı 36 il sonra İstanbul şəhərində konsert proqramı ilə çıxış edib. 28 may - Müstəqillik gününə həsr olunmuş tədbir Cəmil Topuzlu adına açıq hava səhnəsində baş tutub.
Konsert Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Hacı Xanməmmədovun əsərləri və rəqslər təqdim olunub. Rəngarəng proqram izləyicilər tərəfdən maraqla qarşılanıb.
Konsertin sonunda Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Rüfət Xəlilzadə çıxış edərək, tamaşaçılara və tədbirin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə dərin təşəkkürlərini bildirib.