1 İyun - Uşaqların Beynəlxalq Müdafi Gününə həsr olunmuş musiqi alətləri ilə tanışlıq, interaktiv konsert

1 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafi Gününə həsr olunmuş musiqi alətləri ilə tanışlıq, interaktiv konsert keçirilib.

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və qiraətçi Hüseynağa Aslanovun təqdimatında

S.Prokofyevin “Pyotr və Canavar” simfonik nağılı səslənib.

Konsertin sonunda balaca dinləyicilər musiqi alətləri ilə yaxından tanış olublar.