Xəbərlər Xəbərlər
- 07-07-2024
“Yay axşamı” adlı konserti
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası yay mövsümündə də tamaşaçıları professional musiqi abu - havası ilə əhatə etməkdə davam edir. Beləliklə, 7 iyul tarixində, uzun fasilədən sonra fəaliyyəti bərpa olunan "Yay zalı"ında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert mövsümünün bağlanışına həsr olunmuş “Yay axşamı” adlı konserti keçirilib.
Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov (tenor), Aytac Şıxəlizadə (mezzo-soprano), Nəzrin Aslanlı (violin), Məmməd Rəcəbli (klarnet) musiqisevərlər qarşısında çıxış ediblər. Konsertdə dinləyicilərə dünya şöhrətli bəstəkarkar G.Rossini, J.Strauss, G.Bizet, Z.Abreu, M.Ponce, D.Şostakoviç, A.Shaw, Niyazi, T.Quliyev, A.Márquez, və E.Mansurovun əsərləri təqdim olunub.