“Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti
10 iyul 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatı dəstəyi ilə “Qarabağ gecəsi” adlı növbəti xeyriyyə konserti keçirilib. Xalq artisti Ənvər Sadıqov, Əməkdar artist Emil Əfrasiyab, “Qaytağı” instrumental ansamblı çıxış edərək qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.