Xəbərlər Xəbərlər
- 28-09-2024
Üzeyir Hacıbəyli adına XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert keçirilib
28 sentyabr tarixində Kamera və Orqan Musiqisi Zalının səhnəsində dirijor və violin ifaçısı Dmitri Sitkovetskinin 70 illiyinə həsr olunmuş konsert keçirilib.
Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi, Bakı Kamera Orkestrinin müşayiəti ilə (bədii rəhbər SSRİ Xalq artisti Fərhad Bədəlbəyli) solist və dirijor - Dmitri Sitkovetski (violin), solistlər Boris Qarlitski (violin) və Yuliya Sitkovetski (soprano) öz ifalarını dinləyicilərə təqdim edib.
Proqramda İ.S.Bach iki violin üçün konsert d moll, 3 saylı ingilis süitasından Gavot və Musette g moll (2-ci hissə), B.Britten soprano və simlilər üçün “Les İlluminations” (op.18), E.Dohnanyi “1 Mart” serenadası C dur (op.10, 2-ci hissə), J.Brahms simlilər üçün 2 saylı sekstet G dur (op.36), Adajio (3-cü hissə), F.Mendelssohn-Bartholdy Kapriççio (4-cü hissə) səslənib.