Xəbərlər Xəbərlər
- 08-11-2024
8 noyabr tarixində Cəbrayıl şəhərində Zəfər gününə həsr olunmuş konsert
8 noyabr tarixində Cəbrayıl şəhərində Zəfər gününə həsr olunmuş konsert keçirilib. Öncəliklə izləyicilərə Zəfər günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub. F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının müşayiəti ilə (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) solistlər Televiziya Muğam Müsabiqəsinin laureatı Vəfa Vəzirova, Azərbaycan Respublikasının Əməkdar artisti Çinarə Heydərova (qanun), Respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva və Nurlan Əzizbəyli, Misri ansamblı, Taleh Hüseynli, Rəvan Qaçayev, Fariz Hüseynov (kamança) və aşıq Ruhiyyə Qarabağlı dinləyicilər qarşısında çıxış edib. Proqramda vətənpərvərlik ruhunda Azərbaycan bəstəkar və xalq mahnıları səslənib.