Şuşada 8 Noyabr - Zəfər Günü

Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlərin davamı olaraq İnzibati binanın qarşısında təntənəli konsert keçirilib. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (baletmeystr Azərbaycan Respublikasının Əməkdar artisti Ceyhun Qubadov) musiqili proqramla çıxış ediblər. Qeyd edək ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa şəhərində xüsusi nümayəndəliyinin əməkdaşları, millət vəkili Polad Bülbüloğlu, şəhər sakinləri iştirak ediblər. Konsertin sonu möhtəşəm atəşfəşanlıqla bitib.