Xəbərlər Xəbərlər
- 08-11-2024
Xankəndi stadionunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə azad torpaqlarda bayram konsertləri təşkil olunub.
Xankəndi stadionunda baş tutan konsertdə 8 Noyabr - Zəfər Günü böyük təntənə ilə qeyd olunub.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, izləyicilərə 8 noyabr Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayev, instrumental heyətin musiqi rəhbəri Mahir Ordubadi) solistlər - Televiziya Muğam Müsabiqəsinin laureatı Vəfa Vəzirova, Fariz Hüseynov (kamança), Azərbaycan Respublikasının Əməkdar artisti Çinarə Heydərova (qanun), Respublika və beynəlxalq müsabiqələr laureatları İdris Tağıyev (zurna, balaban), Taleh Yahyayev, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli və Taleh Hüseynlinin təqdim etdiyi maraqlı konsert proqramı dinləyicilərin yaddaşında silinməz iz qoyub.
Proqramda vətənpərvərlik ruhunda Azərbaycan bəstəkar və xalq mahnıları səslənib.