COP29-a həsr olunmuş konsert keçirilib

15 noyabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində COP29-a həsr olunmuş konsert keçirilib.Öncəliklə Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Manuel Montenegro keçirilən konsertlə bağlı öz fikirlərini dinləyicilərə çatdırıb.

Dirijor Claudio Cohenin (Braziliya) rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) dinləyicilər qarşısında çıxış edib.

 Proqramda A.Gomes "Quarani" operasından uvertüra, 7 saylı H.Villa- Lobos Braziliya Baxianaları və A.Dvorak 9 saylı "Yeni dünya" simfoniyası (op.95) səslənib.