Xəbərlər Xəbərlər
- 13-11-2024
Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunmuş konsert keçirilib.
13 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Azərbaycan Respublikasının Əməkdar artisti, bəstəkar Arif Mirzəyevin yubileyinə həsr olunmuş konsert keçirilib.
Konsertin əvvəlində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə konsertlə bağlı çıxış edib.
Musiqili gecədə solist - Kalininqrad kafedral kilsəsinin orqan ifaçısı Yevgeniy Avramenko (Rusiya, orqan) dinləyicilər qarşısında çıxış edib.
Proqramda A.Mirzəyevin II barokko orqan simfoniyası (6 hissə), Adagio “Nizami Gəncəvi”, Johann Sebastian Bach g-moll fantaziyasına dördsəsli fuqa, Johann Sebastian Bach xatirəsinə orqan simfoniyası (5 hissə), J.S.Bach Adagio a-moll (BWV564) və fantaziya g-moll (BWV542) səslənib.