Xəbərlər Xəbərlər
- 18-12-2024
“Muzeydə musiqi” layihəsi çərçivəsində konsert baş tutub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində dekabrın 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kollektivi və gənc istedadların iştirakı ilə konsert keçirilib.
Musiqili gecədə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor Qrupunun (xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia), konsertmeysterlər Aynur Abdullayeva, Əli Talıbov, Sehranə Eyyubova, Nazxanım Dadaşova, Tünzalə Hüseynova, Aynur Bəhmənlinin müşayiəti ilə solistlər - Asim Rzazadə (klarnet), Cəlil Bəşirli, Nurlana Abdullayeva, Gülsüm Xəlilova, Abid Çələbiyev (kamança), İnci Bədirli (piano), Qəmər Kərimli (violin), Xədicə Qasımova (violin), Zəhra Qurbanova (cello), Maqsud Əsgərov (f-no), Rəhilə Nəzərova (fleyta), Süleyman Süleymanov, Orxan Əlizadə, Şahnaz Əliyeva və Camalə Abdinzadə (piano) öz rəngarəng ifaları ilə çıxış edib. Həmçinin konsertdə qiraətçi Hüseynağa Aslanov (pianoda C.Abdinzadə) musiqi və şeirin vəhdətini dinləyicilərə təqdim edib.
Proqramda Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri, Azərbaycan xalq mahnıları səslənib.