Xəbərlər Xəbərlər
- 19-12-2024
Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilə həsr olunmuş möhtəşəm konsert baş tutub.
19 dekabr tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilə həsr olunmuş möhtəşəm konsert baş tutub.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Azərbaycan Dövlət Xor Kapellası, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xoru (bədii rəhbər Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva) və konsertmeysterlər - Elxan Niftiyev, Şahin Yaqubzadə, Yusif Əli-zadə (zərb alətləri), Eldar İsababayevin (bas- gitara) müşayiəti ilə solistlər - Adil Baxışlı, Leyla İbrahimova, Emin Məmmədov, “Güləbatın” kvarteti, İsmayıl Pənahov və Yekaterina İsayeva auditoriya qarşısında bir-birindən maraqlı bayram ab-havalı musiqi nümunələri ilə çıxış edərək, dinləyiciləri Yeni ilin - 2025-ci ilin sehrinə qərq edib.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.