“Sevginin ruhu, Musiqinin sehri” adlı konsert keçirilib.
24 yanvar tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Sevginin ruhu, Musiqinin sehri” adlı konsert keçirilib.
Bədii rəhbər və baş dirijor AR-nın əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dinləyicilər qarşısında çıxış edib.
Proqramda M.Qlinka “Ruslan və Lyudmila” operasından uvertüra, S.Prokofyev “Romeo və Cülyetta” baletindən süita №2, Q.Qarayev “Leyli və Məcnun” simfonik poeması səslənib.