Xəbərlər Xəbərlər
- 12-02-2025
Xalq artisti, bəstəkar, professor Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
12 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xalq artisti, bəstəkar, professor Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Dirijor Murtuza Bülbülün rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov (tenor), Azərbaycan Respublikasının Əməkdar artisti Ramil Qasımov (tenor) və Dmitri Sitkovetski (violin, Böyük Britaniya) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan xalq mahnıları “Bəri bax”, “Qara tellər”, “Xumar oldum”, “Noleydi” (səs və simfonik orkestr üçün işləyəni P.Bülbüloğlu), Polad Bülbüloğlunun “Konsert Valsı”, “Məhəbbət və ölüm” baletindən süita (“Meydanda bayram", “Ölüm dairəsi”, “Yaralı əsgərin gəlişi”, “Qara Məlikin faciəsi”, “Final”), Simfonik rəqslər (“Qızların rəqsi”, “Şərq rəqsi”, “Yallı”; ilk ifa), violin və simfonik orkestr üçün konsert (Agitato - Allegro, Lento, Vivo) və “Rapsodiya” əsərləri səslənib.