Xəbərlər Xəbərlər
- 15-02-2025
“Xorun sehri” adlı konsert keçirilib.
15 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Xorun sehri” adlı konsert keçirilib.
Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və Rusiya Federasiyasının “İntibah” xorunun (bədii rəhbər və baş dirijor Rusiya Federasiyasının Əməkdar artisti Tatyana Jdanova) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, Ayaz Kərimov, Vasif Hüseynov (tar), Fariz Hüseynov (kamança), Aleksey Bazanov, Anna Qolneva (violin), Aleksandr Proxorov, Anastasiya Pavelko, Denis Taranenko, Arseniy Belayev (fleyta), Yuriy Dunayev (fleyta), Nikita Turskiy, Yevgeniy Lapşin, İvan Pşeniçniy, Arseniy Berlayev, Yuriy Dunayev, Anna Qolneva, Aleksey Şibaanov, Yuriy Qaranin, Vasiliy Mixutin dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səslənib.