Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konserti keçirilib.

19 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin “W.A.Mozart - Nadir klassik musiqi axşamı” adlı konserti keçirilib.

Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor AR-nın Xalq artisti Fəxrəddin Kərimov) müşayiəti ilə solist - Günel  Hacıyeva (soprano),  Şərif Bağırov (klarnet), Nicat Məmmədov (fleyta) dinləyicilər qarşısında çıxış etdilər.

Proqramda divertimento D-dur, “Gecə kraliçasının ariyası”, klarnet və orkestr üçün konsert A-dur (III hissə), divertimento F-dur, fleyta və orkestr üçün konsert D-dur (I hissə),  Rondo Alla Turca,  40 saylı simfoniya (I hissə – Molto Allegro) səslənib.