Xəbərlər Xəbərlər
- 28-02-2025
“Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutub.
28 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutub.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Asim Rzazadə (klarnet), Rəşad Abdullayev (fleyta) və Əli Adıgözəlov (piano) dinləyicilər qarşısında çıxış edib.
Proqramda C.M.Weber klarnet və orkestr üçün 1 saylı konsert f-moll (op. 73), C.Reinecke fleyta və orkestr üçün konsert D-dur (op. 283), S.Prokofyev piano və orkestr üçün 1 saylı konsert Des-dur (op. 1) səslənib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə gənc istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.