8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert baş tutub.

7 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert baş tutub.

Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solist - Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Əliyarova (piano) dinləyicilər qarşısında çıxış edib.

Proqramda H.Berlioz  “Macar marşı”, L.v.Beethoven piano və orkestr üçün 3 saylı konsert c-moll (op.37), A.Dvorak “Slavyan rəqsləri” səslənib.