Xəbərlər Xəbərlər
- 09-03-2025
Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının bağlanış konserti baş tutub.
9 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalının bağlanış konserti baş tutub.
Öncəliklə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini, Azərbaycan Respublikasının Xalq artisti Murad Hüseynov bu festivalla bağlı öz fikirlərini dinləyicilərlə bölüşüb.
Daha sonra baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və konsertmeyster Əhməd Mirzəyevin müşayiəti ilə Azərbaycan Respublikasının Xalq artistləri Sevinc İbrahimova, Şahnaz Haşımova, Gülnaz İsmayılova, Azərbaycan Respublikasının Əməkdar artistləri Aybəniz Haşımova, Tural Abdullayev, Ramil Qasımov, İnarə Babayeva, Ehtiram Hüseynov və Rüstəm Cəfərov, Mehparə Cəfərova, Səidə Tağızadə dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan bəstəkar və xalq mahnıları səslənib.