Xəbərlər Xəbərlər
- 20-04-2025
Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert keçirilib.
20 aprel tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteynin 80 illiyinə həsr olunmuş konsert keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Azərbaycan Milli Konservatoriyasının professoru Jalə Qulamova konsertlə bağlı dinləyiciləri məlumatlandırıb.
Daha sonra bədii rəhbər və baş dirijor Fuad İbrahimovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanova) və “Şəms” uşaq xoru (bədii rəhbər Əməkdar incəsənət xadimi Dilarə Əliyeva) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Leonid Vaynşteyn - Simfonietta, 6 saylı simfoniya və “Sənin baharın gələcək Azərbaycan!” əsəri səslənib.