Xəbərlər Xəbərlər
- 22-04-2025
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 25 illik yubileyinə həsr olunmuş “Ötən illərə musiqili səyahət” adlı möhtəşəm konsert keçirilib.
22 aprel tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin 25 illik yubileyinə həsr olunmuş “Ötən illərə musiqili səyahət” adlı möhtəşəm konsert keçirilib.
Tədbirdə Millət vəkili, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, Akademik Rafael Hüseynov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı, Azərbaycan Respublikasının Əməkdar artisti,Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə konsertlə bağlı tamaşaçıları məlumatlandırıb.
Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun (xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelia) müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Xalq artistləri Alim Qasımov, Gülnaz İsmayılova (soprano), Simarə İmanova (xanəndə),Aygün Bayramova (xanəndə), Gülyaz Məmmədova (xanəndə), Azərbaycan Respublikasının Əməkdar artistləri Xəyyam Məmmədov (kamança), Fərqanə Qasımova (xanəndə), Almaz Orucova (xanəndə), Anar Şuşalı (tenor), Sahib Paşazadə (tar), Televiziya Muğam Müsabiqəsi laureatı Kamilə Nəbiyeva (xanəndə), Mirələm Mirələmov (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (bariton) və Xatirə Gülməmmədli (saz), Rəşad Həsənzadə (vokal) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan xalq mahnısı və bəstəkar əsərləri səslənib.