Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının “Viva Opera” adlı qala konserti keçirildi.

29 aprel M.Maqomayev adına  Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Fidan Hacıyevanın II Beynəlxalq Opera Festivalının “Viva Opera” adlı qala konserti keçirildi. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, dirijor - Almaniyanın “Mannheimer Philarmoniker Orchestra”nın baş dirijoru və bədii rəhbəri Boian Videnoff-un rəhbərliyi ilə solistlər - Xalq artistləri Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər Fərid Əliyev, Fəridə Məmmədova, Səbinə Vahabzadə, İnarə Babayeva və Mahir Tağızadə, Atəş Qarayev, Tural Ağasıyev, Adil Axundov, Nina Makarova, Taleh Yəhyayev dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.